AZ

Obama yadplanetlilərin Yerə gəlişi ehtimalları barədə danışıb

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin Yerə səfər etməsi ehtimalını aşağı qiymətləndirib.

Olaylar.az xəbər verir ki, bu barədə o, internetdə yadplanetli həyatın mövcudluğu ilə bağlı fikirlərinin diqqət çəkməsindən sonra "Instagram" səhifəsində paylaşım edib.

"Cavabı mümkün qədər qısa verməyə çalışırdım, lakin bu məsələ diqqət çəkdiyi üçün izah etməyə icazə verin", - deyə o, amerikalı podkast aparıcısı Brayan Tayler Koenə verdiyi müsahibədən olan videonun təsvirində yazıb.

Onun sözlərinə görə, statistik baxımdan Kainat o qədər nəhəngdir ki, orada həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yadplanetlilərin Yerə səfər etməsi ehtimalı olduqca aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
2
olaylar.az

3Mənbələr