ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının XX turunda keçirilmiş "Şamaxı" - "Turan Tovuz" matçında hər iki komanda qol epizodları yarada bilməyib.
Fanat.Az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.
73 yaşlı mütəxəssis qolsuz başa çatan oyunla bağlı fikirlərini bölüşüb:
"Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı. "Şamaxı"nın müdafiəçiləri də yaxşı oynadılar. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı meydanda icra edə bilmədik. Təhlillər aparacağıq".
Baş məşqçi yeni transferləri Mark Mampassinin uzun müddət məşq etmədiyini söyləyib:
"Ümid edirik ki, bizə fayda verəcək".
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.