ain.az bildirir, Sherg.az portalına istinadən.
Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının fevralın 19-da keçiriləcək iclasında müşahidəçi statusunda iştirak edəcək.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Qiyyom Mersye jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ Komissarı Dubravka Şuisa ABŞ-da baş tutacaq Sülh Şurasının iclasında müşahidəçi qismində iştirak edəcək: "Aİ iclasda Qəzzada atəşkəsin tətbiqi ilə bağlı uzunmüddətli öhdəliyimiz və həmçinin Qəzzada tikinti və müharibə sonrası bərpa işlərinə dəstək vermək məqsədilə beynəlxalq səylərə qatılmaq üçün iştirak edir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.