1-ci Liqanın lideri "Şəfa" 15-ci turda çempionluq uğrunda mübarizə aparan "Mingəçevir"i qəbul edəcək. Meydan sahiblərinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə nə düşündüyünü soruşduq.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Fasilədən sonra ardıcıl üçüncü oyundur ki, iddiali rəqiblə qarşılaşırıq. "Mingəçevir" yeni transferler edib və bir qədər də güclənib. Fikrimcə, onlar bizə qarşı digər rəqiblərdən fərqli olaraq qələbəyə oynayacaqlar. Açıq futbol gedəcəyini düsünürəm. Fasilədən sonra qələbə qazana bilməsək də, komandamız hazırda yaxşı performans sərgiləyir. Hər matçda qələbəyə köklənirik və buna gorə də daha da inamli oynayırıq. Stabil oynayırıq deyə istədiyimiz nəticələri əldə edirik. Liderliyimizi qorumağa çalışacağıq".
Qeyd edək ki, "Şəfa" - "Mingəçevir" görüşü fevralın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək. Hazırda 32 xalı olan paytaxt təmsilçisi tunir cədvəlinin 1-ci, 25 xala malik "işıqçılar" isə 4-cü pilləsində mövqe tutub.
Nihat