Barəsində cinayət işi başlanılmış "Qurtuluş" Reabilitasiya Mərkəzi fəaliyyətini dayandırıb.
Müəssisədə müalicə olunan şəxslərin hamısı ailələrinə təhvil verilib, korpusların yerləşdiyi hər 3 binaya giriş qadağan edilib.
Xatırladaq ki, bir müddət əvvəl "Qurtuluş" reabilitasiya mərkəzi barədə daxil olan valideyn müraciəti əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Araşdırmalar zamanı mərkəzdə xəstələrin qanunsuz saxlanılması və işgəncə verilməsi faktları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Başlanılmış cinayət işi üzrə mərkəzin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.