AZ

Ani bulanıq görmə nəyin xəbərçisidir? - Həkimlərdən vacib xəbərdarlıq

Bulanıq görmə ətrafdakı əşyaların kənarlarının aydın seçilməməsi, görüntünün dumanlı və qeyri-dəqiq görünməsi ilə xarakterizə olunur.

 

Pravda.az bildirir ki, bu hal sadə göz yorğunluğundan tutmuş ciddi göz xəstəliklərinə qədər müxtəlif səbəblərlə bağlı ola bilər.

 

Bulanıq görmənin ən geniş yayılmış səbəbləri arasında miyopiya, hipermetropiya və astiqmatizm kimi refraksiya qüsurları yer alır. Bununla yanaşı, katarakt, qlaukoma, diabetik retinopatiya, göz quruluğu sindromu və yaşla əlaqədar sarı nöqtə xəstəliyi də görmənin zəifləməsinə səbəb ola bilər.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bulanıq görmə qəfil başlayırsa və baş ağrısı, göz ağrısı, işıq çaxmaları və ya görmə sahəsində qara ləkələrlə müşayiət olunursa, bu, retina problemləri, damar tıxanıqlığı və ya göz təzyiqinin artması kimi təcili müdaxilə tələb edən halların əlaməti ola bilər.

 

Həkimlər görmədə hər hansı dəyişiklik hiss edildikdə vaxt itirmədən oftalmoloji müayinədən keçməyi tövsiyə edirlər. Erkən diaqnoz bir çox göz xəstəliklərinin qarşısını almaqda və ya onların irəliləməsini ləngitməkdə mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 16 Fevral 2026, 17:42   
Seçilən
68
pravda.az

1Mənbələr