AZ

İtaliyada qar uçqunu: 3 fransız xizəkçi həlak olub

Bakı. Trend:

İtaliyanın şimal-qərbində yerləşən Kurmayer (Valle-Daostavilayəti) dağ-xizək kurortunda 29–35 yaşlarında olan üç fransalıxizəkçi qar uçqunu nəticəsində həlak olub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə əvvəllər də uçqun təhlükəsi qeydə alınmışərazidə baş verib . Xilasetmə əməliyyatına dağ-xilasetmə xidmətininmütəxəssisləri, kinoloji qruplar, həmçinin iki helikopter səfərbərolunub.

Xizəkçilər bir yarım metr qalınlığında qar təbəqəsi altındaqalıblar. Həkimlər onların həyatını xilas edə bilməyiblər.

Bundan əvvəl yanvar ayında Avstriya ərazisində Alp dağlarında üçayrı qar uçqun nəticəsində səkkiz nəfər həlak olmuşdu.

Seçilən
70
az.trend.az

1Mənbələr