AZ

Vüqar Qurbanovdan işdən çıxarılması ilə bağlı açıqlama

“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

"Unikal" xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanov deyib. 

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxasrılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

 

Seçilən
93
50
unikal.az

10Mənbələr