İran təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Hörmüz boğazında hərbi təlimə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, "Hörmüz Boğazının ağıllı nəzarəti" adlı təlim İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri tərəfindən başladılıb.
Təlim İnqilab Keşikçiləri Korpusunun dənizdən gələn potensial təhdidlərə sürətli, qətiyyətli və hərtərəfli cavab vermək qabiliyyətinə yönəlib.