AZ

Kaya Kallasın üz ifadəsi GÜNDƏM OLDU: Ən pis “pokerfeys” SAHİBİ – VİDEO

“Politico”dan Kaya Kallasa maraqlı “mükafat” təyin olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas duyğularını gizlədə bilmədiyi üçün nəşr tərəfindən ən pis “pokerfeys”ə görə şərti mükafata layiq görülüb.

Məqalədə qeyd olunur ki, diplomatın üz ifadəsi “Avropanın amerikalılara qarşı narazılığının simvolu”na çevrilib.

Hadisə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Maykl Uoltsun Vaşinqtonun çoxsaylı müharibələrin dayandırılmasındakı uğurlarından danışdığı an qeydə alınıb.

Həmin vaxt avropalı diplomatın dodaqlarını büzərək və yanaqlarını şişirdərək nümayiş etdirdiyi mimikalar medianın diqqətindən qaçmayıb.

Bu üz ifadəsi Aİ və ABŞ arasındakı bəzi fikir ayrılıqlarının vizual təzahürü kimi qiymətləndirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
interpress.az

1Mənbələr