AZ

Rusiyanın “Molniya-2” PUA-sı tikanlarla təchiz olunub

Rusiyanın “Molniya-2” pilotsuz uçuş aparatı (PUA) tikanlar və piyada əleyhinə minalarla təchiz edilib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Pilotsuz təyyarə iki faydalı yük endirən cihazla təchiz olunub. Birinci bölmədə 24 piyada əleyhinə mina, ikincisində isə təkərli nəqliyyat vasitələrini dayandıra bilən tikanlar var. Avadanlıq təxminən 60 tikan və 24 mina daşıya bilmək imkanına malikdir. Həmçinin, pilotsuz təyyarənin gövdəsinin alt hissəsində əlavə kamera quraşdırılıb. Bu, faydalı yükün buraxılmasını izləməyə imkan verir.

“Molniya-2” PUA-nın qanadlarının uzunluğu 1,5 metr, çəkisi 10 kiloqramdır. İki mühərriki var və 6 kiloqrama qədər faydalı yük daşıya bilir. 60 kilometr məsafəyə qədər uçuş məsafəsinə malik olan aparat həmçinin, kamikaze dronlar və kəşfiyyat missiyaları üçün istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
60
herbiand.az

1Mənbələr