AZ

Avroviziya mahnı müsabiqəsinin qalibi ev almaq üçün kredit götürdü

ain.az, Lent az portalına istinadən məlumat yayır.

2008-ci ildə  Avroviziya mahnı müsabiqəsinin qalibi Dima Bilan, "Mən yalnız səni sevirəm" şousu çərçivəsində keçirilən mətbuat konfransında xəyalını reallaşdırdığını və çay kənarında bir ev aldığını söyləyib.

"Çay, bilirsiniz? Düz həyətimdədir və mən orada balıq tuta bilərəm", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müğənni deyib.

"Mən yalnız səni sevirəm" şousu fevralın 13-15-də “Live Arena”da baş tutub. Bilanın sözlərinə görə, o, iki evi satışa çıxarmalı və xəyalındakı malikanə üçün kredit götürməli olub. Sənətçi həmçinin yeni evində üzgüçülük hovuzu quraşdırdığını da bildirib. O, çıxışlarından sonra bərpa üçün ondan istifadə edir.

2023-cü ildə Bilan Kremlin qarşısındakı bir mənzili alıb. O, mənzilin "sovet üslubunda" dizayn edildiyini qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
lent.az

1Mənbələr