AZ

Zooparkda YANĞIN: 120 kvadratmetr ərazi ALOVLAR İÇİNDƏDİR

Vladivostokda xüsusi zooparkda güclü yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Vladivostok şəhərində yerləşən xüsusi zooparkda yanğın qeydə alınıb. Alovun həyətyanı tikililərdə və ikimərtəbəli binada başladığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Hazırda yanğın təxminən 120 kvadratmetr sahədə lokallaşdırılıb. Hadisə nəticəsində heyvanların xəsarət alıb-almaması barədə hələlik məlumat verilmir.

Yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
47
interpress.az

1Mənbələr