AZ

Moskvada odun doğrayan kişi barmağını mişarla KƏSDİ – FOTOLAR

Moskvada odun tədarükü zamanı kişi barmağını mişarla kəsib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskvada sakinlərdən biri soba üçün odun tədarükü görmək qərarına gəlib.

O, hazır material almaq əvəzinə, odunu özü doğramaq istəyib, lakin bu cəhd bədbəxt hadisə ilə nəticələnib. Ehtiyatsızlıq ucbatından kişi benzinli mişarla təsadüfən öz barmağını kəsib.

Həkim-cərrahlar dərhal müdaxilə edərək 5 saat davam edən mürəkkəb əməliyyat keçiriblər.

Onlar kəsilmiş barmağı xilas edə biliblər və barmaq uğurla yerinə bitişib.

Hazırda xəstəni qarşıda uzunmüddətli reabilitasiya dövrü gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr