Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus" ilə oyundan əvvəl açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamalarında deyib:
"Bu, uzun müddətdir arzuladığımız bir matçdır. İlk matçı evdə keçirəcəyik. Rəqibimizin oyunçularının və məşqçisinin nə qədər yaxşı olduğunu bilirik. Çətin bir dövrdən keçirlər. Onların performansı yaxşı olsa da, qalib gələ bilmədikləri matçlar olub. Uğursuz bir mərhələdədirlər. İki gün əvvəl bir matç keçirdilər. Onlardan daha çox dincələcəyik. Hər iki komanda Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməyi hədəfləyir. Bizi çətin bir matç gözləyir. Azarkeşlərimizlə əvvəlki kimi atmosfer yaratmaq və qalib gələrək üstünlük qazanmaq istəyirik. Bu tur ilk matçda bitməyəcək. Hər iki matçda heyətimizdən düzgün istifadə etməliyik. Ümid edirəm ki, evdə qələbə qazanacağıq."
Fərid
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.