AZ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün heç bir rəsmi gəliri olmayan şəxs dövlətdən sosial yardım ala bilmir. Bu da müəyyən suallar doğurur. Çünki heç bir rəsmi iş yeri olmayan vətəndaşların sayı kifayət qədərdir.

Bir qisim insanlar da var ki, gəlirlərini rəsmiləşdirmir. Məsələn, ustaların çox cüzi hissəsi vergi ödəyicisidir. Əksəriyyət gəlirlərini gizlədir. Eyni zamanda kənd yerlərində yaşayan bəzi insanlar da əkin-biçinlə məşğul olur. Amma onlar da gəlirlərini rəsmiləşdirmir.

Ona görə də ünvanlı sosial yardım tələb edərkən kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çətin olur.

Bəs, ünvanlı sosial yardım kimlərə və necə verilir?

Bununla bağlı ƏƏSMN-nin DOST Mərkəzinə müraciət etdik. Mərkəzdən bildirildi ki, ünvanlı dövlət sosial yardımının (ÜDSY) hüquqi əsasları “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun və Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə tənzimlənir:

“Qanuna görə, sosial yardım yalnız orta aylıq gəliri ailə üzvlərindən asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağı olan aztəminatlı ailələrə təyin olunur. Bu səbəblərə əmək qabiliyyətsizlik, əlilliyə və ya azyaşlıya qulluq, əyani təhsil, rəsmi işsiz kimi qeydiyyat, ixtisar, vəfat və digər obyektiv hallar daxildir.

Əmək qabiliyyətli şəxs özündən asılı səbəbdən işləmirsə, əvvəlcə məşğulluğunun təmin olunması tələb olunur. Bunun üçün Dövlət Məşğulluq Agentliyinə və ya DOST mərkəzlərinə müraciət edilməlidir. Şəxs işsiz kimi qeydiyyata alındıqdan və ya işlə təmin olunduqdan sonra mövcud qaydalara uyğun olaraq ÜDSY məsələsinə baxıla bilər. ÜDSY üçün müraciətlər elektron qaydada “e-sosial.az” portalı üzərindən qəbul olunur”.

Deyilənlərdən aydın olur ki, ünvanlı sosial yardım almaq üçün hökmən rəsmi iş yerin olmalıdır.

Əslində bu siyasətin fəlsəfəsi odur ki, insanlar işləməyə həvəsli olsunlar. Əgər işverənin ödədiyi əməkhaqqı az olarsa o zaman, dövlət tərəfindən müvafiq sosial yardım göstərilir.(Bizim.Media)

Seçilən
10
2
nocomment.az

3Mənbələr