AZ

Emin Hüseynova şillə kimi cavab Mehriban xanım bir daha göstərdi ki...

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkandan çıxarkən ona sual verməyə çalışan Emin Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz?” cavabı sosial şəbəkələrdə gündəmə çevrilib.Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlama verib. O deyib ki, Mehriban xanımın xaricdə yaşayan, lakin anti-Azərbaycan mövqeyi ilə seçilən jurnalistin sualına verdiyi cavab olduqca möhtəşəm idi:“Görünən odur ki, bu gün Azərbaycan maraqlarını nəzərə almayan şəxsləri Azərbaycan yaxşı tanıyır. Onların demokratiya libasına bürünmək cəhdlərinə baxmayaraq, əsl niyyətləri hər kəsə məlumdur. Təkcə Azərbaycanda deyil, bütün dünyada yazılmamış müəyyən davranış qaydaları mövcuddur. Bu qaydalardan biri də məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atmaqdır. Emin Hüseynov da belə bir addım atmışdı və bunun şahidləri var. O, bunu təkzib edə bilməz. Azərbaycanda olarkən hüquq-mühafizə orqanlarının suallarına vətəndaş kimi cavab vermək əvəzinə, qaçmağa üstünlük verdi. Onun qaçışının detalları isə ömür boyu onunla qalacaq”.O bildirib ki, belə addım atan insanların bu gün Azərbaycana dərs keçmək, Azərbaycan vətəndaşlarına demokratiya öyrətmək cəhdləri isə olduqca gülünc görünür:“Mehriban xanım bir daha göstərdi ki, Azərbaycan maraqlarını yüksək səviyyədə müdafiə etmək və təqdim etmək bacarığına malikdir. Onun dərin düşüncəsi, diplomatik məharəti və yüksək mədəniyyəti çıxışında aydın şəkildə hiss olunurdu. O, sadəcə qarşı tərəfə münasibət bildirməklə kifayətlənmədi, eyni zamanda ona can sağlığı da arzuladı. Bu isə bir xanım, bir Azərbaycan qadını kimi nümayiş etdirdiyi humanist və mədəni yanaşmanın bariz nümunəsi idi. Dünya həm Prezidentin, həm də Mehriban xanımın verdiyi mesajların yüksək səviyyədə olduğunu gördü və Azərbaycanı bir daha yaxından tanıdı”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
50
demokrat.az

10Mənbələr