AZ

Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 538 milyon 60 min ABŞ dolları təşkil edib.

Marja.az dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 2 milyard 235 milyon 845 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 302 milyon 215 min ABŞ dolları ticarət qeydə alınıb, müsbət saldo 933 milyon 630 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 90 milyon 838 min ABŞ dolları, o cümlədən ixrac 3 milyard 38 milyon 454 min ABŞ dollar, idxal 2 milyard 52 milyon 384 min ABŞ dolları, müsbət saldo 986 milyon 70 min ABŞ dolları təşkil etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
marja.az

2Mənbələr