AZ

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

Fevralın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi Ali Məclisə daxil olub və müzakirə üçün komitəyə göndərilib.

İclasda Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin müdiri Vahidə Bayramova layihə barədə məlumat verib.

Gündəlikdə duran məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsinin Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunması tövsiyə edilib.

Seçilən
42
4
azerbaijan-news.az

5Mənbələr