Xanəndə Kəmalə Günəşli "Günə uğurla" verilişində səmimi etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, şəxsi həyatında yaşadığı çətinliklərdən danışaraq efirdə duyğularına hakim ola bilməyib və göz yaşlarını saxlaya bilməyib.
Kəmalə Günəşli bildirib ki, evdə yaşlı valideynlərə baxmaq böyük məsuliyyətdir:
"Evdə yaşlı anamız-atanız var, xəstə olanda canları ağrıyanda, elə bil ki, biz də xəstələnirik. Bəzən hər gün danışıqları, tənqid və narazılıqlar məni çox bezdirir. Güclü olmaqdan yorulub, bəzən təslim olmaq istəyirsən, insan istəyir ki, yoxa çıxsın".
Lakin sənətçi əlavə edib ki, illərdir sərf etdiyi zəhməti və sənət yolunu gözdən qaçırmaq istəmir:
"Ancaq o qədər əziyyətimin qarşısında sənətdən getsəm, illərimə haqsızlıq etmiş olaram", - deyə o vurğulayıb.
Kəmalə Günəşlinin bu səmimi açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər çox sayda şərhlər yazıblar.
Musa
Milli.Az