Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, görüşü norveçli hakimlər idarə edəcək.
Referi Espen Eskos olacaq. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR hakimi Rob Diyperinkə, VAR hakiminin köməkçisi isə Dennis Hiqler olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta