AZ

ABŞ və Avropa arasında “ən böyük döyüş” oldu Gərginlik

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Münhen Təhlükəsizlik Konfransında “qızğın mübahisə”yə girib.

Globalinfo.az xəbər verir ki, “Politico” qəzeti bu mübahisəni tədbirin “ən böyük döyüşü” adlandırıb.

Kallas xüsusilə Vaşinqtonun müttəfiqlərə münasibətindən danışıb:

“Amerika müharibəyə girəndə biz də sizinlə birlikdə döyüşürük və yol boyunca öz insanlarımızı itiririk. Buna görə bizim də supergüc olmağımız sizin üçün vacibdir”.

Diplomatlar həmçinin Donald Trampın təklif etdiyi “Qəzza üzrə Sülh Şurası” barədə də mübahisə aparıblar. Kallas onu “tarazsız səlahiyyət strukturu” səbəbi ilə sərt tənqid edib və bildirib ki, bu şura ölkələrə bərabər yanaşmır.

“Məncə, burada bizim dünya görüşümüz arasındakı fərqlər ortaya çıxır,” — Kallas qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
globalinfo.az

1Mənbələr