AZ

“Tehran”ın israilli prodüseri öldürüldü

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailli prodüser Dana Eden Yunanıstanda “Tehran” serialının yeni mövsümünün çəkilişləri zamanı ölü tapılıb.

Axar.az xəbər verir ki, bu barədə “Ynet” qəzeti məlumat yayıb.

Məlumata görə, onun meyiti Afinadakı otel otağında aşkarlanıb:

“Dananın bədənində qançır izi olub, yaxınlığında isə dərmanlar tapılıb. İstintaq onun ölümünün xarici dövlət tərəfindən törədildiyi nəzəriyyəsini yoxlayır”.

Qeyd edək ki, “Tehran” casus triller janrında olan məşhur İsrail teleserialıdır. Serial İranın nüvə obyektini məhv etmək üçün Tehrana göndərilən MOSSAD agenti Tamar Rabinyanın hekayəsindən bəhs edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
axar.az

1Mənbələr