AZ

“Qarabağ” – “Nyukasl” oyununa hakim təyinatları müəyyənləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa hakim təyinatları müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı norveçli hakimlər briqadası idarə edəcək. Baş hakim Espen Eskosa Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim Siqurd Krinqstaddır.

Görüş fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək. Cavab oyunu isə fevralın 24-də keçiriləcək.

Seçilən
77
idmanxeber.az

1Mənbələr