Bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.Metbuat.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, 16-22 fevral tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksəkləcəyi gözlənilir. Müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.