AZ

Bilmirəm, nə söz tapım deyim Fabian Buntiç

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bilmirəm, nə söz tapım deyim" - Fabian Buntiç

“Hansı şəraitdə oynadığımızı gördünüz. Təbii ki, bunu təkcə özümüzə görə deyil, ümumən liqanın adına görə deyirəm. Bu cür qazonda oyun keçirmək çox çətindir. Bilmirəm, nə söz tapım deyim. Bütün bu çətinliklərə baxmayaraq, qələbə qazandıq və buna görə də çox sevinirik”.

QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 20-ci turunda səfərdə “İmişli”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 

29 yaşlı qolkiper 2 gün sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Rəqib hər nə qədər güclü olsa da, biz hər matça qələbə üçün çıxırıq. Məqsədimiz qalib gəlməkdir. Əvvəldən hər hansı başqa bir nəticə barədə düşünsək, meydana çıxmağa dəyməz. Tam gücümüzlə məşqlərdə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq və azarkeşlərimizi sevindirək”.

O, “Nyukasl”la matçda start heyətində yer almaq ehtimalını belə dəyərləndirib: “Bu barədə bir söz deyə bilmərəm. Qərarı məşqçilər korpusu verir. Koxalskinin kiçik zədəsi var idi. Bu səbəbdən də “İmişli” ilə görüşdə mən meydana çıxdım. Hər zaman forma geyməyə və komandama kömək olmağa hazıram”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
qol.az

2Mənbələr