JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Günəş və külək enerjisi sahəsində reallaşdırılan layihələr təkcə enerji balansının şaxələndirilməsi baxımından deyil, həm də ekoloji dayanıqlılığın təmin olunması və “yaşıl inkişaf” modelinə keçid baxımından strateji əhəmiyyət daşıyır.Möhtərəm Prezident cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə proqram xarakterli çıxış edərək, ölkənin enerji təhlükəsizliyi, sənaye inkişafı və rəqəmsal transformasiya strategiyasına diqqət çəkdi. Dövlət başçısı nitqində bu gün Azərbaycanın yerləşdiyi geniş regionda özünü bütün əsas enerji mənbələri ilə tam şəkildə təmin edən nadir ölkələrdən biri olduğununu vurğuladı. Sevindiricidir ki, bu gün ölkəmiz eyni zamanda həmin resursları dünya bazarlarına ixrac edir. Bu fakt ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, iqtisadi müstəqilliyinin isə möhkəm təməllər üzərində qurulduğunu göstərir.Enerji resurslarının şaxələndirilmiş şəkildə idarə olunması və ixrac marşrutlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir. Cənab Prezident çıxışında xüsusi olaraq bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə toxunaraq qeyd etmişdir ki, imzalanmış müqavilələr və razılaşmalar əsasında ölkənin generasiya gücü yaxın illərdə əhəmiyyətli dərəcədə artacaq. Günəş və külək enerjisi sahəsində reallaşdırılan layihələr təkcə enerji balansının şaxələndirilməsi baxımından deyil, həm də ekoloji dayanıqlılığın təmin olunması və “yaşıl inkişaf” modelinə keçid baxımından strateji əhəmiyyət daşıyır.Bu isə Azərbaycanın gələcək enerji xəritəsində bərpaolunan mənbələrin xüsusi paya malik olacağını göstərir. Bu gün ölkə daxilində elektrik enerjisinə tələbat sürətlə artır. Bunun əsas səbəbləri sırasında əhalinin artımı, sənayeləşmənin genişlənməsi və xüsusilə qeyri-neft sektorunun dinamik inkişafı dayanır. Cari ilin yanvar ayında qeyri-neft sənayesində təxminən 8 faizlik artımın qeydə alınması iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələrini nümayiş etdirir. Bu kontekstdə enerji infrastrukturu ölkənin sənaye inkişafını, yeni istehsal sahələrinin yaradılmasını və iqtisadi artımı fasiləsiz şəkildə dəstəkləməlidir.Ölkə başçısı həmçinin xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi istiqamətində imzalanmış sənədləri diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan gələcəkdə elektrik enerjisinin bir hissəsini ixrac etməyi planlaşdırır. Bu, ölkənin regional enerji mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək və ixrac potensialını genişləndirəcək. Çıxışın mühüm istiqamətlərindən biri də rəqəmsal transformasiya və data mərkəzlərinin yaradılması məsələsi olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, müasir data mərkəzləri böyük enerji gücü tələb edir və bu baxımdan enerji təminatı ilə rəqəmsal infrastruktur arasında sıx əlaqə mövcuddur.Azərbaycanın yeni rəqəmsal arxitekturası yalnız proqram təminatı və elektron xidmətlərin genişləndirilməsi ilə deyil, həm də güclü enerji və kommunikasiya infrastrukturu ilə paralel inkişaf etməlidir. Fiber-optik bağlantılar məsələsinə toxunan Prezident bildirmişdir ki, enerji infrastrukturu ilə paralel şəkildə kommunikasiya kabelləri də çəkilir. Hazırda Azərbaycanı Xəzər dənizinin şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabel layihəsi icra mərhələsindədir və bu ilin sonunadək tamamlanması gözlənilir. Bu layihə ölkənin Şərq istiqamətində rəqəmsal bağlantılarını gücləndirəcək, regional məlumat axınında Azərbaycanın rolunu artıracaq.Qərb istiqamətində isə yeni bağlantılar üzərində iş aparılmalıdır ki, bu da ölkənin həm Avropa, həm də Asiya ilə rəqəmsal inteqrasiyasını daha da dərinləşdirəcək. Beləliklə, müşavirədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası enerji təhlükəsizliyi, yaşıl enerji strategiyası, sənaye artımı və müasir kommunikasiya infrastrukturunun vahid konsepsiya əsasında inkişafını nəzərdə tutur.Gülnarə QasımovaNeftçala rayonu
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX