NATO üzv ölkələrinin qırıcı təyyarələri 16-22 fevral tarixlərində Estoniya hava məkanında təlim uçuşları həyata keçirəcək.
Herbiand.az bildirir ki, bu barədə yerli ERR kanalı məlumat verib.
“16-22 fevral tarixlərində müttəfiq qırıcı təyyarələri yenidən Estoniya hava məkanında bir sıra təlim uçuşları həyata keçirəcək, bəziləri aşağı hündürlükdə, lakin 152 metrdən aşağı olmayan səviyyədə olacaq”, - kanal bildirib.
Qeyd olunub ki, təlimlər zamanı səsdən sürətli uçuşlardan istifadə edilə bilər.
Bəxtiyar CƏFƏRLİ