AZ

Naxçıvanda ümumi daxili məhsul istehsalı 1,6 faiz artıb

Naxçıvan, 16 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında muxtar respublikada ümumi daxili məhsul istehsalı 113 milyon 805 min 100 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,3 faiz artaraq 240,9 manat olub.

Seçilən
97
2
azertag.az

4Mənbələr