"Yeni Suraxanı" futzal komandasını texniki məğlubiyyətlə cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qərarı AFFA İntizam Komitəsi qəbul edib.
Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.
Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.