AZ

“DÖVLƏT ÇEVRİLİŞİ OLMAYACAQ...” Qırğızıstanda nə baş verir?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dövlət çevrilişi və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanun bunu nəzərdə tutmur, ikincisi, belə bir vəziyyət mövcud deyil".

“AzPolitika” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə dövlət mediasına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, ölkədə çevriliş üçün heç bir ilkin şərt yoxdur.

Qeyd edək ki, son günlər Qırğızıstan hakimiyyətində ciddi “təmizləmələr” müşahidə olunur. Fevralın 10-da Japarov uzun müddətdir ki, yaxın müttəfiqi olan Kamçıbek Taşiyevi Nazirlər Kabineti sədrinin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edib. Taşiyev Qırğızıstanda böyük nüfuza sahib olan şəxslərdən biridir. 

Japarov onu istefaya göndərəndə, Taşiyev Avropada müalicə alırdı. General bu qərarla bağlı bəyanat yayaraq, hər şeydən çox Qırğızıstanın müstəqilliyinin və sabitliyinin qorunub saxlanmasına üstünlük verdiyini deyib. 

Qeyd edək ki, Taşiyev çoxları tərəfindən faktiki olaraq, bu illər ərzində Japarovla hakimiyyəti bölüşdüyünü hesab edirlər. Yəni, deyilənə görə, Qırğızıstanda son günlərə qədər ikihakimiyyətlilik hökm sürüb. Jparov isə bu qərarı ilə həmin duruma son qoyub.

Bundan sonra parlamentin spikeri istefa verib və bir neçə nazir vəzifəsindən azad edilib.

Japarov həmçinin Taşiyevlə "ortaq dil tapa bilməsələr və xalq parçalansa” nə baş verəcəyi”ilə bağlı suala da cavab verib: "Mən ölkənin şimal və cənuba bölünməsinə icazə verməyəcəyəm. Müstəqillikdən bəri siyasətçilər öz şəxsi mənfəətləri üçün ölkəni daim şimal və cənuba bölüblər. 2005-ci ildə siyasətə gələndə hökumətin yarısının cənubdan, yarısının isə şimaldan olduğunu gördüm. Sonra özümə söz verdim ki, prezident olsam, Qırğızıstanı bu xəstəlikdən sağaldacağam".

Qeyd edək ki, bu gün Japarov daha üç naziri vəzifəsindən azad edib. Müşahidəçilər hələlik hər şeyin sakit keçməsinə baxmayaraq, ölkədə siyasi qarşıdurma perspektivini istisna etmirlər. Hətta bir çoxları Japarovun bu qərarlarının onun öz əleyhinə işləyəcəyi barədə xəbərdarlıq edirlər.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
azpolitika.info

1Mənbələr