Polşa Ekstraklasasının 21-ci turunda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” doğma meydanda “Lexiya” ilə üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Dadaşov 85-ci dəqiqədə oyuna daxil olsa da, hesabı dəyişə bilməyib.
21 turdan sonra “Motor” 24 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.