AZ

Litva ilə bacarmırıq, Lixtenşteyndən üstünük yığmamızın C liqasına yüksəlmək şansı varmı?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ötən həftənin cümə axşamı keçirilən püşkatma mərasimində yığmanın Millətlər Liqasındakı rəqibləri bilindi. Bəlli oldu ki, D liqasında mübarizə aparacaq əsas komanda 2-ci qrupda Litva və Lixtenşteyn ilə qarşılaşacaq.Yığmamız bu rəqiblərlə ev-səfər prinsipi əsasında iki dəfə üz-üzə gələcək. Təbii ki, hədəf sərfəli nəticələr əldə etməklə C liqasına yüksəlməkdi.“Football-plus.az” xəbər verir ki, milli daha əvvəl də bu komandalarla oynayıb. Sizi həmin matçların siyahısıyla tanış edirik.1998-ci il, 26 iyun. Vilyandi. Beynəlxalq turnir: Litva – Azərbaycan 1:21998-ci il, 14 oktyabr. Vaduts. Avropa çempionatı: Lixtenşteyn – Azərbaycan 2:11999-cu il, 5 iyun. Bakı. Avropa çempionatı: Azərbaycan – Lixtenşteyn 4:02008-ci il, 26 mart. Vilnüs. Yoldaşlıq oyunu: Litva - Azərbaycan 1:02019-cu il, 25 mart. Bakı. Yoldaşlıq oyunu: Azərbaycan - Litva 0:02013-cü il, 6 fevral. Dubay. Yoldaşlıq oyunu: Azərbaycan – Lixtenşteyn 1:0Göründüyü kimi, millimizin Litva ilə 3 oyununda 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb. Topların nisbətində bərabərlik var – 2:2. Lixtenşteynə qarşı matçların statistikası daha ürəkaçandı. Çünki yığmamız 3 görüşün 2-də qalib gəlib, 1-də uduzub. Komandamız topların nisbətində üstündü – 6:2.Sonda rəqiblərin baş məşqçilərinin püşklə bağlı fikirlərini təqdim edirik.Konrad Fünfyüştük (Lixtenşteyn):

“Azərbaycan və Litva C divizionundan düşmüş komandalardı. Onlar mütləq mümkün qədər ora tez qayıtmaq istəyəcək. Buna görə motivasiyalı rəqiblər gözləyirəm. Çətinliyi qəbul edirik və bu maraqlı matçları səbirsizliklə gözləyirik”.

Edqaras Yankauskas (Litva):

“Püşkdən şikayətlənmirik. Bilirik ki, qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Amma heç kim bizə asan oyunlar vəd etmir. Əlbəttə, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadı. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki “Qarabağ” tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdı və milli komandaya ən çox oyunçunu onlar göndərir. Bilirik ki, Azərbaycan millisi cənub tipli, yetərincə texnikalı yığmadı. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidi – daha yuxarı pilləyə qalxmaq. Valdas Dambrauskasla danışacağıq. Bilirəm ki, onun baş məşqçisi olduğu “Sabah”ın bir neçə oyunçusu Azərbaycan millisinin heyətindədi. Bu matça tam hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq”.

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
1
icma.az

2Mənbələr