AZ

Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək

Olke.az saytına istinadən ain.az xəbər verir.

İranda iqtisadi problemlər və yüksək inflyasiya xalqa mənfi təsir göstərir, çətinlikləri artırır və xarici təzyiqlər də mövcuddur. Əgər bu böhranlı vəziyyəti tezliklə  aradan qaldıra bilməsək, o zaman bizi çətin günlər gözləyir.

Ölkə.az “Entekhab”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian Nazirlər Kabinetinin iclasında deyib. 

Prezident Pezeşkian İrandakı iqtisadi problemlərin və yüksək inflyasiyanın xalqa mənfi təsir etdiyini bildirərək deyib: "İnsanlar dolanışıqlarını təmin etmək üçün mübarizə aparırlar. Bundan əlavə, xarici təzyiqlər də var. İranın düşmənləri iqtisadi təzyiqin artırılmalı olduğunu deyirlər. Cəmiyyətimiz yaralanıb və bu yara sağalmazsa, bütün cəmiyyətə təsir edə bilər".

Pezeşkian həmçinin 28 dekabr 2025-ci ildə İranda başlayan etirazlar zamanı həbs olunan sənətçilərlə bağlı açıqlamalar verib. Kəşfiyyat Nazirliyinə həbs olunan hər hansı sənətçinin işini araşdırmağı tapşırdığını bildirib. Məsələni diqqətdə saxladığını və tezliklə həll olunacağını qeyd edib. 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
olke.az

3Mənbələr