AZ

Arıq insanlarda da diabet yarana bilər -Açıqlama

Şəkərli diabet yalnız artıq çəkisi olan insanlarda yaranmır.

Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya həkim Yuliya Sidorova məlumat verib.

Endokrinoloq və dietoloqun sözlərinə görə, arıq insanlarda da diabet inkişaf edə bilər və bu, daha çox birinci tip diabet olur. O bildirib ki, birinci tip diabet mədəaltı vəzin beta-hüceyrələrinin autoimmun şəkildə məhv edilməsi ilə bağlıdır və bədən çəkisi ilə əlaqəli deyil. Bu xəstəlik adətən uşaqlıq, yeniyetməlik dövründə və ya gənc yaşlarda başlayır.

Mütəxəssis əlavə edib ki, arıq insanlarda ikinci tip diabet də yarana bilər. Onun sözlərinə görə, xüsusilə azhərəkətli həyat tərzi keçirənlər risk qrupuna daxildir.

Bundan başqa, istənilən bədən quruluşuna malik qadınlarda hamiləlik dövründə gestasion diabet inkişaf edə bilər. Həkim vurğulayıb ki, diabetin qarşısının alınması üçün sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi nəzarət vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
80
1
redaktor.az

2Mənbələr