AZ

Mask “Grok” süni intellektinin yeni versiyasını elan etdi

Bakı. Trend:

“X” sosial şəbəkə platformasının rəhbəri və “xAI”nin təsisçisi,amerikalı milyarder İlon Mask “Grok” neyron şəbəkəsinin yeni 4.20versiyasının bu həftə istifadəyə veriləcəyini bildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, yeniləmədə mövcud 4.1 versiyası iləmüqayisədə əhəmiyyətli irəliləyiş olacaq.

Konkret dəyişikliklərlə bağlı təfərrüatlar hələ açıqlanmayıb.Lakin ehtimal edilir ki, istifadəçiləri cavabların dəqiqliyininnövbəti artımı, işləmə sürətinin yüksəlməsi və/və ya modelinfunksionallığının genişlənməsi gözləyir.

Qeyd edək ki,"Grok" digər iri süni intellekt modellərinə rəqibkimi inkişaf etdirilir və "X" platformasına inteqrasiya olunub. O,“yumor hissi”nin olması və "X"dəki məlumatlara real vaxt rejimindəbirbaşa çıxış imkanı ilə fərqlənir. Əsas funksiyaları suallaracavab vermək, kod yazmaq, təsvirlər yaratmaq və trendləri təhliletməkdir.

Bundan əvvəl bildirilmişdi ki, "SpaceX" şirkəti "xAI" tərəfindənhazırlanmış "Grok" süni intellektinin "Spok" adlanan unikalmodifikasiyasını öz proseslərinə inteqrasiya edib.

Məqalədə:
Seçilən
63
1
az.trend.az

2Mənbələr