AZ

Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Finlandiya müharibə başlayandan bəri Ukraynaya 3,2 milyard avro məbləğində hərbi yardım göstərib. Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti agentliyinə Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bildirib.“Helsinki Ukraynaya silah tədarük edən aparıcı ölkələrdən biri olaraq qalır. Finlandiya artıq Ukraynaya ümumi dəyəri 3,2 milyard avro olan 32 hərbi məhsul paketi göndərib”, — deyə səfir qeyd edib.

Kuznetsov əlavə edib ki, Finlandiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin sifarişlərini yerinə yetirmək üçün ölkənin sənaye sektoruna əlavə olaraq 600 milyon avro ayırıb. Bundan başqa, rəsmi Helsinki Ukrayna üçün hərbi texnika alış proqramında iştirak etməyi planlaşdırır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
2
bizim.media

3Mənbələr