AZ

Serbiya Prezidentinin adından verilən şam yeməyindəAZƏRBAYCAN MAHNISI İFA EDİLDİ

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

 

"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.




Seçilən
12
16
senzor.az

10Mənbələr