AZ

Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
56
8
yenisabah.az

10Mənbələr