AZ

Zəngəzur dəhlizi Azərbaycana illik 3 milyard dollar tranzit gəliri qazandıra bilər - AÇIQLAMA

Munich Security Conference çərçivəsində Zəngəzur dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb və onun region üçün yeni iqtisadi imkanlar yaradacağı bildirilib. İlkin hesablamalara görə, dəhliz Azərbaycanın qeyri-neft iqtisadiyyatını 2% artıracaq, qeyri-enerji ixracına isə illik 700 milyon dollar əlavə töhfə verəcək.

QHT.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, World Bank orta müddətdə 50 milyard dollarlıq ticarət dövriyyəsi potensialı proqnozlaşdırır, Bloomberg isə marşrut üzrə 12–15 gün vaxt qənaəti olacağını qeyd edir:

"Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
95
qht.az

1Mənbələr