AZ

Arteta zədəlilər barədə danışdı

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Kubokunun dördüncü raundunda “Uiqan Atletik”lə matçda futbolçularının mövqeyi və zədəlilərin vəziyyəti barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis cinah oyunçusu Bukayo Sakanın niyə mərkəzdə çıxış etdiyini izah edib, həmçinin zədələnən müdafiəçilər Rikkardo Kalafiori və Ben Uayt haqqında fikirlərini bölüşüb.

“Niyə Saka mərkəzdə oynadı? Bu variantlardan biridir və bunun necə işləyəcəyini görmək istədim. Ola bilər ki, gələcəkdə bundan istifadə edək. Mövsümdə hələ çox oyun, müxtəlif turnirlər və ssenarilər var, bu da əlimizdə olan seçimlərdən biridir.

Kalafiorinin durumu? O və Ben sual altındadır. Növbəti 48 saatda hadisələrin necə inkişaf edəcəyini gözləməliyik”, - deyə Arteta bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr