AZ

Britaniyada Ukrayna üçün mərmi istehsal edəcək zavodun açılışı altı ay gecikib

BAKI, 16 fevral. TELEQRAF

Böyük Britaniyada Ukrayna üçün mərmi istehsal edəcək zavodun istismara verilməsi təxminən altı ay gecikdirilib.

Teleqraf xəbər verir ki, "The Guardian" qəzetinin yazdığına görə, Uelsdə yerləşən və ölkədə döyüş sursatı istehsalının artırılmasında mühüm rol oynaması gözlənilən yeni müəssisə planlaşdırılan tarixdən altı aydan çox vaxt keçməsinə baxmayaraq hələ də açılmayıb. Nəşr qeyd edir ki, bu, Britaniya silahlı qüvvələrinin üzləşdiyi gecikmələr silsiləsinin yalnız bir hissəsidir.

Qəzetin məlumatına görə, sözügedən zavod Böyük Britaniyanın artilleriya mərmiləri istehsalı imkanlarını genişləndirə, həmçinin Ukraynaya tədarükləri artırmağa kömək edə bilərdi.

Müəssisənin sahibi olan Britaniyanın müdafiə şirkəti "BAE Systems" isə gecikmənin tikinti zamanı istehsal gücünün iki dəfə artırılması barədə qərarın qəbul edilməsi ilə əlaqədar yarandığını bildirib.

Seçilən
27
teleqraf.com

1Mənbələr