AZ

Pentaqon mobil nüvə reaktorunu sınaqdan keçirməyə hazırlaşır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Müharibə Nazirliyi hərbi məqsədlər üçün mobil nüvə reaktorunu sınaqdan keçirməyə hazırlaşır.

Oxu.Az bildirir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, yeni reaktor ABŞ Energetika Nazirliyi ilə birgə hazırlanır.

"15 fevral 2026-cı ildə yeni nəsil nüvə reaktoru C-17 təyyarələri ilə Kaliforniyadakı Març Hərbi Hava Qüvvələri Bazasından Yuta ştatındakı Hill Hərbi Hava Qüvvələri Bazasına çatdırılacaq. Daha sonra reaktor sınaq və qiymətləndirmə üçün Yuta ştatının Oranjvil şəhərindəki San Rafael Enerji Laboratoriyasına daşınacaq", - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
oxu.az

1Mənbələr