AZ

Çayxorlara şad xəbər

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Çay və qəhvə sevənlər üçün sevindirici nəticə açıqlanıb. ABŞ-də aparılan və 1980-ci illərdən 2023-cü ilə qədər dövrü əhatə edən genişmiqyaslı araşdırma göstərir ki, gündəlik ölçülü miqdarda kofeinli içki qəbulu demensiya riskini azalda bilər. Tədqiqatda 130 mindən çox insanın məlumatları təhlil olunub.Demokrat.az xəbər verir ki, ümumiyyətlə kofeinli qəhvə içməyənlərlə müqayisədə onu müntəzəm qəbul edənlərdə demensiya halları daha az qeydə alınıb. Statistik göstəricilər orta və yüksək səviyyədə qəhvə istehlak edənlərdə riskin təxminən 19 faiz aşağı olduğunu ortaya qoyur.Təkcə qəhvə yox, çay içənlər üçün də müsbət mənzərə var. Araşdırma çayın da oxşar qoruyucu təsir göstərə biləcəyini göstərir. Çayın kofeinli olub-olmamasının təsiri tam aydınlaşmasa da, ümumi nəticə beynin qorunması baxımından müsbət sayılır.Ən optimal hədd də müəyyən edilib. Qəhvə üçün ən nəzərəçarpan effekt gündə 2–3 fincan kofeinli qəhvə qəbul edənlərdə müşahidə olunub. Çayda isə 1–2 fincan riskin azalması baxımından daha uyğun sayılır.Maraqlı rəqəmlər də var. Heç qəhvə içməyənlər arasında hər 100 min nəfərə ildə 330 yeni demensiya halı düşdüyü halda, müntəzəm içənlərdə bu göstərici 229-a qədər enir. Daha artıq içməyin əlavə üstünlük verdiyi təsdiqlənməyib. Yəni təsir müəyyən həddə qədər yüksəlir, sonra sabit qalır.Kofeinsiz qəhvə ilə bağlı isə əhəmiyyətli əlaqə aşkarlanmayıb. Bu da təsirin əsasən kofeinlə bağlı olduğunu ehtimal etdirir.Alimlər mümkün mexanizmi iki amillə izah edir. Kofein orqanizmdə xroniki iltihabi prosesləri zəiflədə bilər. Məhz bu proseslər demensiyanın, o cümlədən Alzheimer tipli pozuntuların əsas risk faktorlarından sayılır. Digər tərəfdən, çay və qəhvədəki antioksidant maddələr hüceyrələri zədələyən oksidativ stressi azaldaraq beyin toxumasını qoruyur.Bununla belə, ölçü həddi qorunmalıdır. Həddindən artıq kofein yuxu rejimini poza bilər. Şəkər və qaymaq əlavə etmək isə potensial faydanı azalda bilər. Çay dəmləyərkən keyfiyyətli məhsula üstünlük vermək tövsiyə olunur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr