AZ

Mübarizə başlayır - “Yuventus” futbolçusunu buraxmaq istəmir

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Pyer Kalulu karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.Biz “Tribal Football”a istinadla xəbər verir ki, "Mançester Yunayted" futbolçu ilə maraqlanır. Lakin Turin təmsilçisi keçidə mane olmaq niyyətindədir və oyunçuya maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.

Müdafiəçinin "Yuventus"la hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, bu mövsüm A Seriyasında 25 matça çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Son olaraq "İnter"lə qarşılaşmada futbolçu meydandan qovulub və komandasını azlıqda qoyub.

İdman.Biz
Seçilən
49
idman.biz

1Mənbələr