AZ

Zədə şoku Noyer “Ayntraxt”la oyunu buraxa bilər

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədə alıb.

İdman.Biz “Sky Sport”a istinadla xəbər verir ki, təcrübəli qolkiper sağ baldır əzələsində problem yaşayır. O, yaxın günlərdə komandanın məşqlərini buraxacaq və əlavə tibbi müayinədən keçəcək.

Mənbə bildirir ki, Münhen təmsilçisinin kapitanının Bundesliqanın 23-cü turunda "Ayntraxt"la fevralın 21-nə planlaşdırılan görüşdə iştirakı az ehtimal olunur. Klub və futbolçu vəziyyətin necə inkişaf edəcəyini izləmək niyyətindədir və risk etmək istəmir.

Noyerin "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Qapıçı daha əvvəl sözləşmənin uzadılması ilə bağlı yekun qərarı martın sonu və ya apreldə verəcəyini açıqlamışdı.

Alman futbolçu 2011-ci ilin iyulundan Münhen klubunda çıxış edir. 2025/2026 mövsümündə o, bütün turnirlərdə 28 matça çıxıb, 27 top buraxıb və doqquz oyunda qapısını toxunulmaz saxlayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr