AZ

KİV: ABŞ-ın Karib dənizində iştirakının genişləndirilməsi ABŞ-a 3 milyard dollara başa gəlib

ABŞ-ın Karib dənizində artan hərbi iştirakı ilə bağlı xərcləri 3 milyard dollara yaxınlaşıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg”in mövzu ilə bağlı hazırladığı hesablamalarda bildirilir.

Məlumata görə, Karib dənizində artan hərbi iştiraka xərclər 2,9 milyard dollara çatıb və ən əhəmiyyətli xərclərdən biri təyyarədaşıyan gəmi olan Gerald R. Ford və onu müşayiət edən zərbə qrupunun bölgəyə yerləşdirilməsidir ki, bu da ABŞ administrasiyasına 2025-ci ilin noyabr ayından bəri təxminən 740 milyon dollara başa gəlib.

Noyabrın ortalarından yanvarın ortalarına qədər ABŞ donanmasının təxminən 20%-i bölgədə cəmləşib və belə bir qrupun saxlanılması gündə təxminən 20 milyon dollara başa gəlir.

Seçilən
43
4
apa.az

5Mənbələr