ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ NATO-dan çıxmaq niyyətində deyil, minlərlə Amerika əsgəri alyansın missiyalarına göndərilib.
Axar.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu Slovakiyanın Baş naziri Robert Fitso görüşdən sonra mətbuat konfransında deyib.
"Biz NATO-dan çıxmırıq. Bir ölkədən digərinə bir neçə min əsgər göndərə bilərik, amma bu, həmişə belə olub", - o bildirib.
Rubio əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyansa artan təsirini müsbət inkişaf kimi görəcək və Avropanı tabe deyil, tərəfdaş kimi görmək istəyir:
"Biz Avropadan ABŞ-ın vassalı olmasını istəmirik. Biz tərəfdaş olmaq, Avropa ilə işləmək istəyirik".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.