AZ

Belarus: Ordumuz istənilən vaxt ölkəni müdafiə etməyə hazırdır

"Belarus hərbçiləri istənilən vaxt respublikanın milli maraqlarını müdafiə etməyə hazırdırlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Qərb ölkələrinin Belarusda sabitliyi pozmaq planları ilə bağlı hesabatını şərh edərkən bildirib.

"Yeni bir şey yoxdur. Təbii ki, onlar bundan əl çəkməyiblər", - deyə Volfoviç qeyd edib.

O qeyd edib ki, Avropa İttifaqına üzv qonşu dövlətlər Belarusla dialoq qurmağa çalışmırlar: "Biz Polşa və Baltikyanı ölkələrin maraqlarını pozmuruq, onlara nəyisə diktə etmirik. Və bizə diktə edilməməlidir".

"Ölkəmiz ətrafında cərəyan edən bütün hərbi-siyasi vəziyyətdən müəyyən nəticələr çıxarırıq. Ali baş komandanın rəhbərliyi ilə hərbçilər istənilən an milli maraqlarımızı və ölkəmizi müdafiə etməyə hazırdırlar", - deyə o bildirib.

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr