AZ

“Nyukasl”ın əsas ulduzu Bakıya gəlməyəcək!

ÇL-in pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Nyukasl”ın heyətində ciddi itki baş verib.

“Sağsağanlar”ın aparıcı oyunçularından biri Bruno Gimarayeş fevralın 10-da keçirilən “Tottenhem”lə oyunda zədələnərək ən azı iki həftəliyə sıradan çıxıb.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm premyer-liqada 23 oyuna çıxıb, 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. ÇL-də heç bir məhsuldar hərəkəti olmayan 28 yaşlı yarımmüdafiəçi Liqa kuboku”da 4 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Komandada ondan sonra ən məhsuldar oyunçu 7 qol vuran Nik Voltemadedi.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
5
1
football-plus.az

2Mənbələr